"Turan Tovuz"da ciddi itkilər: 4 futbolçu sabah oynamayacaq

 "Turan Tovuz"da ciddi itkilər: 4 futbolçu sabah oynamayacaq

“Turan Tovuz” sabah Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində qəbul edəcəyi “Sabah”la matça ciddi itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, Ayxan Abbasov 4 aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Braziliyalı forvard Luis Paçu sarı vərəqə limitinə görə forma geyinməyəcəksə, Ayxan Quseynov, Fərid Yusifli və Veysəl Rzayev zədə səbəbindən meydana çıxa bilməyəcək.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlanacaq.