Milli komandamız DÇ-nin açılış matçında inamlı qələbə qazandı

Milli komandamız DÇ-nin açılış matçında inamlı qələbə qazandı

Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib.

Mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları qarşılaşıblar.

Milli komandamız 5:0 hesablı qələbə qazanıb.

10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.