"Yayılan xəbər yalandır, Kurban Berdıyev hazırda Tovuzdadır"

"Yayılan xəbər yalandır, Kurban Berdıyev hazırda Tovuzdadır"

Rusiya mətbuatında Kurban Berdıyevin "Turan Tovuz"dan ayrılmasına dair xəbərlər yayılıb.

Bildirilib ki, türkmənistanlı mütəxəssis klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən postunu tərk edib.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, yayılan xəbər tam əsassız və yalandır:

"Kurban Berdıyev hazırda Tovuzdadır və heç yerə getməyib. O, işinin başındadır" - deyə bildirilib.

Xatırladaq ki, Tovuz klubu Berdıyevlə yayda 2+1 illik müqavilə bağlayıb.