Azərbaycan seçməsi 4-cü səbətdə - DÇ-2026-nın qrup püşkü atılacaq

Azərbaycan seçməsi 4-cü səbətdə - DÇ-2026-nın qrup püşkü atılacaq

Azərbaycan yığma komandasının 2026-cı ildə yeni formatda keçiriləcək futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsi üçün püşkatmada yer alacağı səbət müəyyənləşib.

Mediasport.az xəbər verir ki, komandamız final mərhələsi Kanada, Meksika və ABŞ-də təşkil ediləcək mundiala vəsiqə uğrunda qrupa 4-cü səbətdən salınacaq.

Bu isə futbolçularımızın daha çətin qrupda mübarizə aparacağı anlamına gəlir.

Püşkatma mərasimi dekabrın 13-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

48 milli komanda 12 qrupa bölünəcək.

Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Qrup birinciləri Dünya Kubokunun final mərhələsinə birbaşa vəsiqə əldə edəcəklər.

Qruplarda ikinci yeri tutacaq yığmalar pley-offda iştirak şansına yiyələnəcəklər.


DÇ-2026. Püşkatma səbətləri


I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç;

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail;

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva;

V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San Marino.