"Neftçi" Zirənin stadionunda oynayacaq, "Zirə" də Mərdəkanda
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.
Mediasport.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
"Zirə" klubu UEFA Konfrans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.
Görüş sabah saat 20:30-da start götürəcək.
Qeyd edək ki, bu matçın yeri daha əvvəl "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.