"Qarabağ"dan YENİLİK: Futbolçular fərqli formada mükafatlandırılacaq

"Qarabağ"dan YENİLİK: Futbolçular fərqli formada mükafatlandırılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Lqiasında 2023/2024-cü illər mövsümünə yekun vurulacaq.

Sonuncu - 36-cı turun yekun qarşılaşması hazırda "Azərsun Arena"da keçirilir.

Nominal meydan sahibi "Araz-Naxçıvan"ın "Qarabağ"la matçının ardından çempion komandanın mükafatlandırılması mərasimi baş tutacaq.

Ağdam təmsilçisinin futbolçuları medallara fərqli yeniliklə qovuşacaqlar.

Belə ki, çempionluğu 9 tur əvvəl təmin etmiş "köhlən atlılar"ın üzvləri dünyada tətbiq edilən maraqlı metodla - fərdi musiqi sədaları ilə təltif ediləcəklər.

Hər futbolçu medalını özünün seçdiyi musiqinin müşayiəti ilə alacaq.

Təşəbbüs Ağdam klubu tərəfindən - konkretləşdirsək, marketinq xidmətinin ideyası əsasında həyata keçiriləcək.

Mediasport.az