"Turan Tovuz" və "Qarabağ" növbəti qələbəsini səfərdə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları davam etdirilir.
Mediasport.az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.
Günün ilk görüşü son ayların iki qeyri-sabit komandası - "Araz-Naxçıvan" və "Turan Tovuz" arasında Mərdəkanda olub.
Çempionluğu sona 9 tur qalmış qarantiləyən "Qarabağ" isə medallar və avrokuboklar uğrunda yarışan "Zirə"nin qonağı olub.
Tura sabah baş tutacaq iki duellə yekun vurulacaq.
Açılış matçında "Neftçi" "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası. 34-cü tur
“Araz-Naxçıvan” - “Turan Tovuz” 0:1
Qol: Aleks Serrano, 63.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Liv Bona Dea Arena”, 17:00
“Zirə” - “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 34-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksi stadionu, 19:30