"Neftçi"nin Çempionlar Liqası matçının başlanma saatı bilindi
Qadın futbolçulardan ibarət “Neftçi” komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Avstriyanın “Sankt-Pölten" klubuna qarşı keçirəcəyi yarımfinal oyununun başlanma saatı açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşma sentyabrın 4-də, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Albaniyanın “Vlajniya” və Gürcüstanın “Lançxuti” komandaları arasında keçiriləcək digər yarımfinal görüşü də eyni saatda başlayacaq.
Xatırladaq ki, bu qrupun oyunları Gürcüstanda keçiriləcək.
İyulun 7-də yarımfinalın qalibləri 2-ci raunda vəsiqə uğrunda mübarizə aparacaqlar.
Məğlub olan kollektiv 3-cü yer uğrunda görüşdə münasibətlərini aydınlaşdıracaqlar.