"Fənərbağça"da oynamış futbolçu Qarabağ klubuna keçdi - RƏSMİ
Son 5 ili Taylandın "Sinqburi Banqrajun" və "STK Muanqnont" klublarında keçirmiş Anar Babayev "Xankəndi"də oynayacaq.
Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yeni yaradılmış klubla müqavilə bağlayıb.
O, "Bakı" Futbol Akademiyasının yetirməsidir.
"Fənərbağça" Futbol Akademiyasında da çıxış etmiş Babayev karyerası ərzində "Lokomotiv" (Biləcəri), "Rəvan", "Neftçala", "Səbail", "Xəzər" və "Mil-Muğan" klublarının şərəfini qoruyub.
Futbolçu "Neftçala"nın heyətində Birinci Divizionun qalibi adını qazanıb.
Qarabağ klubu indiyədək qapıçı Kamil Nəzərli, müdafiəçilər Yusif Rufullazadə, Əziz Hüseynov yarımmüdafiəçilər Pərviz Qaraxanov, Məhəmməd Alıyev, Ruzigar İbrahimzadə, hücumçu Sərxan Ağayevi transfer edib.
Xatırladaq ki, komanda AFFA Region Liqasında yarışacaq.