Milli komandamızın futbolçusunu "Fənərbağça"dan göndərdilər
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nazlıcan Parlak "Fənərbağça"dan ayrılıb.
MediaSport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçin ilə başa çatan müqavilə yenilənməyib. Nazlıcan 2022-ci ilin avqustundan "Fənərbağça"da çıxış edirdi.
2019-cu ildən yığmamızda çıxış edən milliləşdirilmiş türkiyəli əsas komandamızda 12 oyun keçirib.