UEFA Millətlər Liqası: Millimiz səfərdə Monteneqroya qalib gəlib

 UEFA Millətlər Liqası: Millimiz səfərdə Monteneqroya qalib gəlib

Qadınlardan ibarət Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının C3 qrupunda ikinci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Monteneqro seçməsi ilə qarşılaşıb.

Əzmkarlıq nümayiş etdirən komandamız sona 6 dəqiqə qalmış qələbə topunu vurub.

Qrupun digər oyununda isə Kipr eyni heabla Farer adalarını məğlub edib.

Seçməmiz qrupdakı ilk matçda Bakıda Kiprlə 1:1 hesablı heç-heçə etdib. Yığmamız hazırda 4 xalla qrup birincisidir, eyni xala malik Kipr ikinci yerdə qərarlaşıb.


UEFA Millətlər Liqası. Qrup mərhələsi


Monteneqro - Azərbaycan

Qol: Nazlıcan Parlak, 84.

Baş hakim: Maral Mirzay Beini (İsveç)

Baş hakimin köməkçiləri: Kamilla Stendal, Tilde Larsson

Dördüncü hakim: Anna Laayanen

Podqoritsa, “Arena Leskopolye” stadionu.