Qızıl medalları "Gömrükçü" qazandı
Futbol üzrə U-17 Qızlar Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulub.
mediasport.az xəbər verir ki, finalda Bakının “Gömrükçü” və Xaçmazın “İnter” komandaları qarşılaşıblar.
Rəqib qapısından 5 cavabsız top keçirən "gömrükçülər" U-17 Qızlar Liqasının qalibi olublar. Balakənin “Dinamo” komandası isə mövsümü bürünc medallarla başa vurub.
“Gömrükçü”dən Şəkər Piriyeva mövsümün ən yaxşı oyunçusu seçilib. 8 №-li İOEUGiM (Bakı) komandasından Xanım Əsədova 45 qolla liqanın bombardiri olub. “Dinamo”nun qapıçısı Firuzə Bayramova isə mövsümün ən yaxşı qolkiperi seçilib.