"Neftçi"nin futbolçusu: "Oturub Karpindən zəng gözləmirəm"
"Neftçi"nin futbolçusu Reziuan Mirzov Rusiyanın "Sport Ekspress" nəşrinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, yenidən Rusiya milli komandasında çıxış etmək istədiyini dilə gətirib:
"Valeri Karpin yaşı 30-dan çox olan futbolçuları yığmaya dəvət etmir? Buna baxmayaraq, mənimlə yaşıd olan Georgi Cikiya və Daler Kuzyayev millidə forma geyinir. Oturub Karpindən zəng gözləmirəm, amma yenidən Rusiya millisində oynamaq üçün çox çalışacağam. Yığmada oynamağa hazır olduğumu sübut edəcəyəm".
30 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin və DÇ-2022-nin seçmə mərhələ oyunlarında Rusiya millisinə dəvət almışdı.