DÇ-2022: Mərakeş İspaniyanı mundialdan kənarlaşdırıb 1/4-ə çıxdı!

DÇ-2022: Mərakeş İspaniyanı mundialdan kənarlaşdırıb 1/4-ə çıxdı!

Dünya Kuboku-2022-də daha bir sensasiya qeydə alınıb.

mediasport.az xəbər verir ki, əzmkar və layiqli oyun nümayiş etdirən Mərakeş millisi 1/8 finalda İspaniya yığmasından güclü olduğunu əayni göstərdi.

120 dəqiqəsi qolsuz başa çatan qarşılaşmanın ardından vurulan penalti zərbələrində daha dəqiq olan afrikalılar Dünya və Avropa çempionlarını 1/4 finala buraxmadılar.

Mərakeş 1/4 finalda gecə saat 23:00-da start götürəcək Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.


Dünya Kuboku-2022. 1/8 final


Mərakeş - İspaniya 0:0 (əlavə vaxt 0:0)

Penaltilər seriyası: 3:0