Milli komandada 8 itki var

Milli komandada 8 itki var

UEFA Millətlər Liqasının qrup mərhələsində Yunanıstan və İrlandiya ilə qarşılaşacaq İngiltərənin heyətində ciddi dəyişikliklər edilib.

Mediasport.az xəbər verir ki, qapıçı Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Livay Koluill, yarımmüdafiəçi Fil Foden, Deklan Rays, hücumçular Koul Palmer, Cek Qriliş, Bukayo Saka zədə səbəbindən düşərgəni tərk edib.

Onların əvəzinə qapıçı Ceyms Trəfford, müdafiəçilər Carred Brantueyt, Tino Livramento, yarımmüdafiəçi Morqan Rocers, hücumçu Carrod Bouen yığmaya çağırılıb.

Xatırladaq ki, ingilislər noyabrın 14-də Yunanıstanla, 17-də İrlandiya ilə üz-üzə gələcək.