"El Klasiko"da sevinən "Real" oldu

"El Klasiko"da sevinən "Real" oldu

İspaniya La Liqasının 9-cu turu çərçivəsində bütün dünyanın həvəslə gözlədiyi "El Klasiko" - əbədi və əzəli rəqabətdə əks mövqe tutan "Real"la "Barselona"nın növbəti dueli gerçəkləşib.

mediasport.az xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda üz-üzə gələn tərəflərin budəfəki qarşılaşmasında sevinən tərəf meydan sahibləri olublar.

İlk hissədə Benzema və Valverdenin qolları sayəsində arada 2 topluq fərq yaradan Karlo Ançelottinin komandası fasilədən sonra da üstünlüyü saxlaya bilib. İkinci hissədə Ferran Torres Xavinin kollektivini ümdiləndirsə də, son saniyələrdə Rodriqo dəqiq penalti zərbəsi ilə qələbəni rəsmiləşdirib - 3:1.

"Kral klubu" 9 oyundan sonra 25 xalla turnir cədvəlində liderliyini qoruyub. İkinci pillədə qərarlaşan "Barsa"nın isə aktivində 22 xal var.