Milli komandanın uğursuz baş məşqçisi istefaya göndərilib
Polşa Futbo Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib.
Mediasport.az xəbər verir ki, 68 yaşlı portuqaliyalı mütəxəssisin uğursuz nəticələri qurum rəhbərliyini müqaviləyə vaxtından əvvəl xitam verməyə məcbur edib.
Polşalıları 2023-cü ilin əvvəlindən çalışdıran Santuş yığma ilə keçirdiyi 6 oyunun yarısında məğlub olub.
AÇ--2024-ün seçmə mərhələsində 5 görüş keçirən Polşa seçməsi 2 qələbə ilə qrupda 4-cü yerdə qərarlaşıb. Komanda onun rəhbərliyi altında Albaniya (0:2) və Moldova (2:3) millilərinə uduzub.