"Buna hazır olmalıydıq" - "Olimpaikos"un baş məşqçisi
"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turunun oyununda səfərdə "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
mediasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Yunanıstan klubunun baş məşqçisi Xose Miçel jurnalistlərin suallarını cavablandırıb.
Bir xal qazandınız. Nəticədən razı qaldız?
- Təbii ki, ilk növbədə oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil. Gələcəyə ümidlə baxırıq.
"Olimpiakos" Afinaya iki zədəli oyunçu ilə qayıdacaq...
- Bizim komandadakı durumu görürsüz. Mvila ağrılarla oynadı. Vəziyyət budu. Çalışacağıq ki, vəziyyətdən birlikdə çıxaq.
Stadiondakı ab-hava komandaya necə təsir etdi? Bakıdan hansı xatirələrlə ayrıldınız?
- Rəqib komanda olsa belə, stadionlar dolu olanda, bundan həmişə zövq alıram. "Qarabağ" baxımlı futbol oynayır. Azarkeşlər oyunboyu komandalarına dəstək oldular. Yəqin ki, bundan razıdılar.
Oyuna üç mərkəz müdafiəçisi ilə başladınız. Sonradan sistemi dəyişdiz. Bu, daha effektli oldu sanki. Gələcəkdə bundan istifadə edəcəksiz?
- Həftə içində məşqlərə başlayanda belə ideyamız yox idi ki, beş və ya üçlü müdafiə ilə oynayaq. Banın vəziyyəti naməlum idi. Sistemi dəyişdik və daha yaxşı oynamağa başladıq. Vrsalkonun fiziki durumu da ürəkaçan deyildi. Buna hazır olmalıydıq. Sistemi dəyişdikdən sonra komandanın daha yaxşı olması gələcəyə ümid verdi.
Həm Pireydəki, həm də Bakıdakı matçları nəzərə alsaq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Dünən də demişdim ki, Pireydəki nəticə bizim üçün bir az amansız oldu Çünki, haqq etmirdik o məğlubiyyəti. Oyunun əsas hissəsində dominantlıq edən tərəf idik. Pireydəki və Bakıdakı matçı müqayisə etsək, oradakı görüşdə hər dəfə səhv edəndə qapımızda qol gördük. Hücumda bir çox alternativi olan, bir-birilə anlaşması yüksək səviyyədə olan komandaya qarşı oynadıq. Nəzərə almaq lazımdı ki, onlardan topu alıb, dominantlıq etmək heç də asan deyil.