"Neftçi"nin "Spartak"la Bakıdakı oyununun vaxtı dəqiqləşib

"Neftçi"nin "Spartak"la Bakıdakı oyununun vaxtı dəqiqləşib

“Neftçi” ilə Rusiyanın “Spartak” klubu növbəti dəfə qarşılaşacaq.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, yoldaşlıq görüşü gələn ay Bakıda keçiriləcək.

Oyun martın 23-də “Neftçi Arena”da baş tutacaq.

Qeyd edək ki, bu komandalar ötən ilin yayında Moskvada keçirilmiş turnir çərçivəsində üz-üzə gəlib və moskvalılar 2:0 hesablı qələbə qazanıblar.