Yığmamız estonlara uduzdu

Yığmamız estonlara uduzdu

Azərbaycanın U-15 milli komandası Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın turnirdə növbəti görüşü avqustun 27-də Moldova seçməsinə qarşı olacaq.

İlham Yadullayevin rəhbərlik etdiyi U-15 UEFA İnkişaf turniri çərçivəsində ilk oyununda Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqib əsas vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıb - 3:2.