"Şamaxı" onunla da vidalaşdı
Azərbaycan Premyer Liqasına qayıdan "Şamaxı"nı daha bir futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, müdafiəçi Əbil Əbilovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bölgə təmsilçisi daha əvvəl qapıçı Əkpər Vəliyevlə də vidalaşıb.
Komandada icarə əsasında forma geyinən müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov isə anlaşma müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüblər.