İntizam Komitəsi qərarını açıqladı: Milliyə texniki məğlubiyyət verildi

İntizam Komitəsi qərarını açıqladı: Milliyə texniki məğlubiyyət verildi

UEFA-nın İntizam Komitəsi Millətlər Liqasının 5-ci turunun son dəqiqələrdə yarımçıq dayandırılan Rumıniya - Kosovo matçı haqda yekun qərarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, qurum Kosovo milli komandasına texniki məğlubiyyət verib.

Buna kosovoluların səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.

Xatırladaq ki, noyabrın 15-də keçirilmiş qarşılaşmanın son dəqiqələrində ev sahibi komandanın azarkeşləri siyasi şüarlar səsləndiriblər.

Kosovo yığmasının futbolçuları buna etiraz olaraq meydandan çıxıblar.

Həmçinin, Kosovo Futbol Federasiyası 6 min avro cərimə ödəyəcək.