"Qarabağ" 11-ci çempionluğunu gələn tur rəsmiləşdirə bilər

"Qarabağ" 11-ci çempionluğunu gələn tur rəsmiləşdirə bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Tovuzda yerli komanda çempionatın vahid lideri "Qarabağ"ı qəbul edib.

Növbəti qələbəsini qazanan Qurban Qurbanovun komandası tarixində 11-ci ölkə çempionluğuna bir addım da yaxınlaşıb.

Ağdam təmsilçisi növbəti turda "Kəpəz"i məğlub etsə, növbəti çempionluq vaxtından çox-çox əvvəl - sona 8 tur qalmış təmin olunacaq.

"Sumqayıt" isə "Sabah"la üz-üzə gəlib. Səfərdə qalib gələn ikincilər turnir cədvəlində 2-ci pilləyə yüksəliblər.

Turun əvvəlki matçlarında "Neftçi" "Səbail"ə (3:0), "Zirə" "Kəpəz"ə (2:1) qalib gəlib, "Araz-Naxçıvan" "Qəbələ" ilə xalları yarı bölüb.


Azərbaycan Premyer Liqası. 27-ci tur


16:00. “Turan Tovuz” – “Qarabağ” 1:3

Qollar: Otto Con, 10-pen. - Nəriman Axundzadə, 56, Patrik Andrade, 73, Toral Bayramov, 90+5-pen.

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Tovuz şəhər stadionu

"Turan Tovuz": 13. Aydın Bayramov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 10. Xəyal Nəcəfov, 80. Otto Con, 88. Faiq Hacıyev, 21. Aleks Souza, 8. Fərid Yusifli.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 9. Belajdi Pusi, 77. Fərid Nəbiyev, 11. Ayxan Quseynov, 2. İsmayıl Zülfüqarlı.

Baş məşqçi: Ayxan Abbasov.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 11. Adama Diakabi, 2. Mateus Silva, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 13. Bəhlul Mustafazadə, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.


19:00. “Sumqayıt”– “Sabah” 1:2

Qollar: Erik Sorqa, 84 - Anatoli Nuriyev, 25, Murad Xaçayev, 62.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu




1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16