"Turan Tovuz"un futbolçusu üçün mövsüm bitdi - SƏRT CƏZA
"Turan Tovuz"un futbolçusu Roderik Miller üçün mövsüm başa çatıb.
Mediasport.az xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.
32 yaşlı oyunçu "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Tovuz təmsilçisi vitse-kapitanın bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.
"Zirə" isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.