"Qarabağ" - Olimpiakos" oyunu: 1 günə 25 minə yaxın bilet satıldı

"Qarabağ" - Olimpiakos" oyunu: 1 günə 25 minə yaxın bilet satıldı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - Olimpiakos" oyununa maraq böyükdür.

Klubdan MediaSport.az saytına verilən məlumata görə, elə satışa çıxarıldığı ilk gündə qarşılaşmaya 25 minə yaxın bilet satılıb.

Görüşün oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun tutumunun 31.200 olduğunu da nəzərə alsaq, gün sonuna qədər bütün biletlərin satılacağı gözlənilir. Oyun oktyabrın 13-də, Bakı vaxtilə saat 20:45-də start götürəcək.

Ötən həftə Yunanıstanda 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi 6 xalla qrup ikincisidir, pireylilərin 3 turdan sonra xalı yoxdur.


Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).