"Kəpəz"in yeni mövsümdə hansı stadionda oynayacağı dəqiqləşdi

"Kəpəz"in yeni mövsümdə hansı stadionda oynayacağı dəqiqləşdi

"Kəpəz"in Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Mediasport.az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək.

Bu barədə PFL-in prezidentinin səlahiyyətlərini icra edən Elgiz Abbasov məlumat verib.

Xatırladaq ki, qərblilərin ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.