AFFA "Qarabağ"ı cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 32-ci turu ilə bağlı qərarları açıqlayıb.
mediasport.az xəbər verir ki, 3 klub cərimələnib.
Turun “Turan Tovuz” – “Neftçi” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, hər iki tərəf federasiyaya 800 manat cərimə ödəyəcək.
“Qəbələ” ilə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması isə “Qarabağ”ı 1600 manat ziyana salıb.