Bu rayonda kənd komandası yaradıldı, AFFA çempionata buraxdı

Bu rayonda kənd komandası yaradıldı, AFFA çempionata buraxdı

Ağcabədi rayonunda yeni kənd komandası yaradılıb.

Mediasport.az xəbər verir ki, Avşar kənd sakinləri eyniadlı klubu təsis ediblər.

AFFA tərəfindən qeydiyyata alınan klub noyabrın əvvəlində start götürəcək Region Liqasında iştirak hüququ qazanıb.

"Avşar" çempionatın Şərq-Qərb - Qərb zonasında mübarizə aparacaq.

Xatırladaq ki, rayonun ötən ildən fəaliyyət göstərən "Olimpiya" klubu Azərbaycan Həvəskar Liqanın son qalibidir.