FİVB qaydaları dəyişdi: Dünya çempionatı iki ildən bir keçiriləcək

FİVB qaydaları dəyişdi: Dünya çempionatı iki ildən bir keçiriləcək

Beynəlxalq Voleybol Federasiyası (FİVB) dünya çempionatlarının keçirilməsi qaydasında dəyişiklik edib.

MediaSport.az xəbər verir ki, təşkilatın açıqladığı 2025-2028-ci illər üçün yarışların reqlamentinə əsasən, mundial əvvəlki kimi 4 ildən bir deyil, iki ildən bir təşkil olunacaq.

Qərar 2025-ci ildəki DÇ-dən tətbiq ediləcək. Növbəti dünya çempionatı 2027-ci ildə  keçiriləcək. Yarışlarda 32 komanda iştirak edəcək.

Meydan sahibi komanda son qaliblə birlikdə final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Hər qitə çempionatında ilk üç yerin sahibi yarışda iştirak hüququna yiyələnəcək.