Azərbaycan DÇ-də ikinci oldu

  Azərbaycan DÇ-də ikinci oldu

Perunun Lima şəhərində baş tutan gənclər arasında dünya çempionatına Azərbaycan millisi uğurlu start verib.

Mediasport.az xəbər verir ki, komandalar arasında keçirilən yarışda qızlardan ibarət yığmamız gümüş medal əldə edib.

Zeynəb Sultanova, Leyli Əliyeva, Sofiya Barxalova 10 m məsafəyə pnevmatik tapançadan atəş yarışının finalında ikinci olublar.

Xatırladaq ki, turnir oktyabrın 7-nə qədər davam edəcək.