Çelenc Kuboku: Gözəlbəyli "Roma"nın oyununa təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çelenc Kubokunun 1/16 finalında "Rapid" (Rumıniya) və "Roma" (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Noyabrın 12-də Buxaretdə keçiriləcək görüşün hakimləri danimarkalı Morten Engborg Klein, bolqarıstanlı Milena Lazarova-Peeva olacaq.
Tərəflər arasında keçirilən ilk matçda İtaliya klubu 3:0 hesabı ilə qalib gəlib.