"Bir sıra məsələlər öz həllini tapacaq” - Federasiya prezidenti
“Bu mövsüm ölkə çempionatı bizim üçün uğurlu keçəcək. Çünki bir sıra məsələlər öz həllini tapacaq”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Azərbaycan çempionatının 2023/2024 cu illər mövsümünün açılışından əvvəl keçirilən mətbuat konfransında deyib.
O, Avropa Voleybol Konfederasiyası (CEV) ilə sıx əməkdaşlıq edəcəklərini bildirib: “Əminik ki, CEV voleybolun inkişafında bizə dəstək olacaq”.
Federasiya rəhbəri Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin Bakıya səfərini də yüksək qiymətləndirib: "Əsas istiqamət gənclərin, məktəblilərin bu idman növünə cəlb edilməsidir. Bünövrə yaxşı olmasa, nailiyyətlər əldə edə bilməyəcəyik. Aşağı yaş qruplarında voleybolun inkişafı bizim üçün prioritetdir".
Şahin Bağırov Azərbaycan Regional Voleybol Akademiyası yaradılacağını sözlərinə əlavə edib: “Akademiyanın ideyası təqdim olunur. Nə vaxt yaradılacağı hələ ki, bəlli deyil. Aleksandar Boriçiç də öz təkliflərini irəli sürüb”.