"Qəbələ" Moldova klubuna qarşı

"Qəbələ" Moldova klubuna qarşı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

MediaSport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Moldova təmsilçisi “Sukleya” ilə qarşılaşacaq.

“Termal otel”in məşq bazasında baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "qırmızı-qaralar" qonşu ölkədə daha iki görüşdə qüvvələrini sınayacaqlar.