"Formula 1" Azərbaycan Qran-prisi: İlk sərbəst yürüş başa çatdı

"Formula 1" Azərbaycan Qran-prisi: İlk sərbəst yürüş başa çatdı

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

Mediasport.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

"Red Bull" pilotu Maks Ferstappen birinci olub.

"Mercedes"dən Lüis Həmilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Saat 17:00-da "Formula 1"də ikinci test turu reallaşacaq.

"Formula 2"də isə ilk sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Rasinq"dən Enso Fittipaldi göstərib.

Qran-pri sentyabrın 15-də yekunlaşacaq.