"Qarabağ"ın oyununu məşhur ingilis hakim idarə edəcək

"Qarabağ"ın oyununu məşhur ingilis hakim idarə edəcək

Martın 14-də Avropa Liqasının 1/8 final mərhələsinn cavab oyunu çərçivəsində Almaniyada "Bayer"lə qarşılaşacaq "Qarabağ"ın oyununun təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, UEFA matçı məşhur ingilis hakim Entoni Teylorun başçılıq edəcəyi briqadaya tapşırıb.

FİFA referisinə yan xətt hakimləri qismində Hari Besvik və Adam Nunn kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək.

VAR-da Stüart Ettuell, AVAR-da Jarred Qavan Cillett i. ba.;nda olacaq/

Leverkuzenin "BayArena" stadionunda baş tutacaq duel Bakı vaxtilə saat 00:00-da başlanacaq.

Bu komandalar arasında ötən həftə Bakıda keçirilmiş matçda 2:2 hesabı qeydə alınıb.