"Qarabağ" "Şəmkir"in 22 il əvvəlki rekordunu təkrarladı

"Qarabağ" "Şəmkir"in 22 il əvvəlki rekordunu təkrarladı

"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.

mediasport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XXVII turda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəlməklə nail olub.

Beləliklə, Ağdam təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. "Köhlən atlar" cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan "Qarabağ" sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə yenilib – 1:3.

Rəqib meydanında keçirilən əvvəlki 23 qarşılaşmada 19 qələbəsi olan ölkə çempionu 4 dəfə heç-heçə edib.

1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” bu vaxtadək mütləq rekordçu idi. “Qarabağ” 22 ildən sonra bu göstəricini təkrarlayıb. Ağdamlılar növbəti səfər matçında yeni rekord müəyyənləşdirə bilər.