"Neftçi"də ŞOK ayrılıq gözlənilir: Avqustda gəlib, qışda göndərilir!
Məşhur "Transfermarkt" portalının 3 milyon avro qiymət qoyduğu Andre Bava Şinyaşiki qışda "Neftçi"ni tərk edə bilər.
Mediasport.az saytına verilən məlumata görə, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu yaponiya əsilli braziliyalı forvardın fiziki durumundan konkret narazıdır.
Rumıniyalı mütəxəssis Bakı klubuna ayyarım əvvəl transfer edilən 26 yaşlı hücumçunun xroniki zədəsi olduğunu müəyyənləşdirib.
Komandaya avqustun 1-də qoşulan Şinyaşiki "Neftçi"də düz-əməlli meydana çıxmayıb və özünü yaxşı tərəfdən göstərə bilməyib.
Aktivinə qol və məhsuldar ötürmə yazdıra bilməyən hücumçu artıq birmənalı olaraq rumın çalışdırıcının qış planlarına daxil edilməyib.
Mutu rəhbərlikdən klubla 2 illik müqavilə bağlamış forvardın yanvarda göndərilməsini istəyib. İcarə variantı da rumıniyalı üçün məqbuldur.
Qeyd edək ki, Azərbaycana okeanın o tayından gələn Şinyaşikinin karyerası yalnız ABŞ ilə bağlıdır - “Denver”, “Kolorado” və “Şarlott”da çıxış edib.