"Şahdağ Qusar"dan liderlik iddiası, "Ağdaş" "Göygöl"ə qarşı - 2-ci Liqa

"Şahdağ Qusar"dan liderlik iddiası, "Ağdaş" "Göygöl"ə qarşı - 2-ci Liqa

Bu gün Azərbaycan 2-ci Liqasında 8-ci tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç baş tutacaq.

Buna qədər "Qusar" "Lerik"i (2:0), "Şimal" "Füzuli"ni (3:0), "Kür-Araz" "Saatlı-Araz"ı (2:1), "Şəfa" "Şəki Siti"ni (4:0) məğlub edib, "Şəmkir" - "Dinamo" oyununda qapılara qol vurulmayıb - 0:0.

Azərbaycan 2-ci Liqası. 8-ci tur

24 oktyabr

15:30 "Göygöl" - "Ağdaş"

Baş hakim: Vüqar Həsənli.

Yan xətt hakimləri: Mirnihat Seyidov, Asif Abdullayev.

Ehtiyat hakim: Emin Abdullayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Göygöl OİK stadionu.

16:00 "Hypers Guba" - "Şahdağ Qusar"

Baş hakim: Səbuhi Bayramov.

Yan xətt hakimləri: Sənan Atayev, Orxan İbişov.

Ehtiyat hakim: Maqsud Şamıyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Quba OİK stadionu.