Quliyev baş məşqçiyə hücum çəkdi: "Gəl, təkbətək çıxaq"
Rusiyanın “Ximki” klubunda çıxış edən Azərbaycanlı futbolçu Ayaz Quliyev baş məşqçi ilə dava edib.
mediasport.az xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) toplanışda olan komandanın düşərgəsində qeydə alınıb.
27 yaşlı futbolçu baş məşqçi Spartak Qoqniyevin iradlarına sərt formada etiraz edib. Tərəflər bir-birinə hücum etmək istəyib, komanda yoldaşları onları sakitləşdirib. əsəblərini cilovlaya bilməyən Quliyev baş məşqçini təkbətək savaşmaq üçün kənara dəvət edib.