AÇ-də finala doğru: Yarımfinalın ilk duelinin hakim təyinatları açıqlanıb

 AÇ-də finala doğru: Yarımfinalın ilk duelinin hakim təyinatları açıqlanıb

Sabah Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə 17-ci Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, final yolunda ilk duel İspaniya - Fransa matçının hakim təyinatı açıqlanıb.

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək.

Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək. VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

İspaniya - Fransa qarşılaşmasının start fiti saat 23:00-da veriləcək.

Digər yarımfinalda Niderland - İngiltərə oyunu iyulun 10-da keçiriləcək.