Universitet İdman Festivalında 6 taekvondoçumuz yarışacaq

Universitet İdman Festivalında 6 taekvondoçumuz yarışacaq

Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən yarışda milli komanda 6 idmançı ilə təmsil olunacaq. 

Məşqçilər korpusu Yekaterinburqda Səyyad Dadaşov (54 kq), Adil Eyvazov (58 kq), Pərviz İskəndərov (63 kq, Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək. Yığmaya məşqçi Sənan Həşimov rəhbərlik edəcək. Estoniyada Avropa çempionatı bitdikdən sonra isə baş məşqçi Məmməd Abdullahyev də komandaya qoşulacaq.

Festivalda taekvondoçuların mübarizəsi avqustun 29-31-də olacaq.