Millimiz Avropa çempionatında komanda yarışında 2-ci yeri tutdu

Millimiz Avropa çempionatında komanda yarışında 2-ci yeri tutdu

Niderlandın Rotterdam şəhərində keçirilən parataekvondo üzrə Avropa paralimpiya çempionatına yekun vurulub.

mediasport.az xəbər verir ki, Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.

Yarışa 6 parataekvondoçu ilə qatılan yığmamız 5 medal qazanıb.

Son gündə Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Orxan Cəfərov (+80 kq, K-44) mükafat qazana bilməyib.

Beləliklə, Abuzərli ilə yanaşı, İmaməddin Xəlilov (70 kq, K-44) da çempion tituluna yiyələnib. Röyalə Fətəliyeva (52 kq, K-44) gümüş, Sabir Zeynalov (58 kq, K-44) və Amin Şıxalıyev (63 kq, K-44) isə bürünc medala sahib olublar. 

Bu göstərici ilə Azərbaycan millisi kişilər və ümumi komanda hesabında ikinci yeri tutub.