Taekvondo üzrə yığma komandalarımız İordaniyaya gedib
Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət milli komandaları İordaniyaya yollanıb.
Mediasport.az xəbər verir ki, yığmalarımız səfərə təlim-məşq toplanışı keçmək və Prezident Kubokunda iştirak etmək məqsədilə gedib.
Kişi idmançılarımıza millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Rəşad Məmmədov, qadınlardan ibarət yığmaya isə baş məşqçi Sun Mi Park rəhbərlik edir.
Noyabrın 7-dək olacaq hazırlıqda Xıdır Məmmədov, Qaşım Maqomedov, Rahid Vəliyev, Pərviz İskəndərov, Vaqif Hacıyev, Nicat İsmayılzadə, Cavad Ağayev, Əliəskər Əliyev, Eltac Qafarov, Həmidreza Badrialiabadi, Milad Beiqi Harçeqani, Zemfira Həsənzadə, Minayə Əkbərova, Səmərrux Osmanova, Səidə Əliyeva, Leyla Bəşirova və Fatimə Məcidova iştirak edəcək.
Yığmamız ardınca İordaniyada keçiriləcək Prezident Kubokuna qatılacaq. Yarış noyabrın 9-10-da keçiriləcək.
Komandaya ümumilikdə rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı edir.