"Sabah" FİBA Avropa Kubokunun son matçında da məğlub olub

"Sabah" FİBA Avropa Kubokunun son matçında da məğlub olub

Kişi basketbolçulardan ibarət "Sabah" klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə sonuncu matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi D qrupunun 6-cı turunda Çexiyanın "Nimburk" klubunu qəbul edib.

Qarşılaşma qonaqların 97:89 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" qrupda keçirdiyi 6 oyundu 1 qələbə qazanıb, 5 dəfə isə məğlub olub. Beləliklə təmsilçimiz növbəti mərhələyə yüksələ bilməyib.