Rəqibə qarşı qeyri-etik hərəkət Bruksa 25 min dollara başa gəlib
"İndiana Peysers" ilə qarşılaşmada rəqib basketbolçu Daniel Taysa qarşı qeyri-etik hərəkət edən “Hyuston Rokets”in müdafiəçisi Dillon Bruks ciddi sanksiyaya məruz qalıb.
Mediasport.az xəbər verir ki, Hyuston təmsilçisinin 122:103 hesabı ilə qalib gəldiyi matçda almaniyalı rəqibinin cinsi orqanını sıxaraq ona xəsarət yetirən 27 yaşlı Bruks 25 min dollar cərimə edilib.
Məlumatı NBA-nın (“National Basketball Association” – Milli Basketbol Assosiasiyası) vitse-prezidenti Co Dumars yayıb.