"Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib bu gün müəyyənləşir

"Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib bu gün müəyyənləşir

Bu gün Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

Mediasport.az xəbər verir ki, yarış 15:00-da start götürəcək.

11:35-də isə "Formula 2"də ikinci dərəcəli pilotlar mübarizəyə start verəcəklər.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.