Gəncə basketbol klubu dağıldı? - Komandanın 9 oyunçusu yola salındı

Gəncə basketbol klubu dağıldı? - Komandanın 9 oyunçusu yola salındı

Gəncə” basketbol klubu 2022/23 mövsümündə bu komandada forma geyinmiş oyunçuların əksəri ilə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

Yerli oyunçulardan Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev və Amil Həmzəyevlə yollar ayrılıb. Gəncənin eyniadlı təmsilçisi legionerlərdən də Kollin Törner, Jarred Smoll, Jordan Endryus və Jalen Qaddi ilə vidalaşıb.

Klub onların hər birinə təşəkkür edib, qarşıdakı mövsümdə uğurlar arzulayıb.