Millimiz finalın bir addımlığında

  Millimiz finalın bir addımlığında

Qadınlardan ibarət 3x3 basketbol millimiz Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

Mediasport.az xəbər verir ki, onlar bunu B qrupunun 2-ci turu çərçivəsində Monqolustan üzərində qalibiyyətdən sonra (13:12) bacarıblar.

Dünən Çilidən üstün olan Azərbaycan (14:17) 3-cü turda Niderlandla qarşılaşacaq. Həmin oyundan sonra qrup lideri müəyyənləşəcək.

Yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.