"Sabah" heyətini 31 yaşlı mərakeşli futbolçu ilə gücləndirdi - RƏSMİ
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
MediaSport.az xəbər verir ki, Masazır təmsilçisi mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalayıb.
31 yaşlı futbolçu karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.
Yeni transferi “Sabah”da 24 nömrəli formada çıxış edəcək.