Yığma üzvü "Xankəndi"yə keçdi

  Yığma üzvü "Xankəndi"yə keçdi

"Xankəndi" futbol klubu heyətini gücləndirməkdə davam edir.

Mediasport.az xəbər verir ki, AFFA Region Liqasında iştirak edəcək Qarabağ təmsilçisi çimərlik futbolu üzrə Azərbaycan millisinin qapıçısı Elçin Qasımovla müqavilə bağlayıb.

35 yaşlı qolkiper böyük futbolda "Mingəçevir", "Qəbələ", "İnter", "Şuşa Qarabağ", "Qaradağ Lökbatan" və "Xəzər" Bakı klublarının şərəfini qoruyub.